ABŞ-ın irəli sürdüyü şərtlər İslam Respublikasının əsas prinsiplərinə ziddir – İranın ali dini lideri Əli Xamenei

İranın ali dini lideri Əli Xamenei bildirib ki, ABŞ-ın İranla danışıqlar zamanı İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üçün irəli sürdüyü şərtlər İslam Respublikasının əsas prinsiplərinə ziddir: “Bizim maraqlarımızı qoruyan əsas prinsip “biz bacarırıq” prinsipidir.
Hətta Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqlarında da ABŞ-ın bütün təklifləri bu prinsipə 100 faiz ziddir”, – deyə Xamenei çıxışı zamanı bildirib.