• 06 İyun 2025 21:49

Dünyada hansı ölkə quru sərhədlərini 5 il bağlı saxlayıb turizmdə güclü irəliləyə bilərdi?

 Dünyada hansı ölkə quru sərhədlərini 5 il bağlı saxlayıb turizmdə güclü irəliləyə bilərdi?
Paylaş

Dövlət Turizm Agentliyinin sədri, sitat: “Azərbaycanda turizm sahəsində güclü irəliləyişlər əldə olunub”.

Çox gözəldü, əladu, Ginnesin rekordlar kitabına düşməli hadisədü – dünyada hansı ölkə quru sərhədlərini 5 il bağlı saxlayıb turizmdə güclü irəliləyə bilərdi?! Heç bir ölkə! Biz nadirik, biz əlayıq, biz analoqsuzuq!

Belədə ki, 2025-ci ilin yanvar-may aylarında ölkəmizə 979 963 nəfər turist gəlib, bu keçən ilin eyni dövrü ilə müqaisədə cəmi-cümü 1,5% çoxdur, amma güclü irəliləyişdir.

Hə, onu da deyim ki, bu ilin yanvar-may aylarında Gürcüstana 2 mln. dan çox turist gəlib…

P.S. Obyektivlik naminə onu da deyim ki, quru sərhədlərin bağlı olması Turizm Agentliyinin işi deyil, əksinə, onlar açıq olmasını istərdilər, sadəcə, deyə bilmirlər.

 

Natiq Cəfərlirli

Tacxeber.com

Oxşar xəbərlər