• 06 İyun 2025 20:34

Özünüzü 15 dəqiqədə D vitamini ilə təmin etməyin yolu

 Özünüzü 15 dəqiqədə D vitamini ilə təmin etməyin yolu
Paylaş

Gündəlik D vitamini ehtiyacınızı qarşılamaq üçün 15 dəqiqə boyunca dirsək və dizlərdən aşağı hissənizin günəş işığına məruz qalması kifayətdir.

Tacxeber.com bildirir ki, D vitamini kalsium və fosfor metabolizmasını tənzimləyərək dişləri gücləndirir, hüceyrələrin böyüməsində və əzələ ilə sinir sistemlərinin normal işləməsində mühüm rol oynayır.

 

Həmçinin qan təzyiqinin nizamlanması və immun sisteminin güclənməsində əhəmiyyətli funksiyaları vardır. D vitamininin həmçinin qalın bağırsaq, sümük, dəri və döş xərçəngi kimi xəstəliklərə qarşı qoruyucu təsiri mövcuddur. D vitamini səviyyəsinin ölçülməsi də müasir və dəqiq testlərlə asanlıqla həyata keçirilir. Ekspertlər, D vitamini çatışmazlığı nəticəsində ortaya çıxan sümük və əzələ zəifliyi, diş inkişafında gecikmə kimi problemlərin qarşısını almaq üçün ildə ən azı bir dəfə D vitamini testinin aparılmasını tövsiyə edir.

Yetərincə D vitamini alınmadıqda, sümük zəifliyi və sümük əriməsi sürətlənə bilər. Uşaqlarda raxit xəstəliyinə səbəb olan D vitamini çatışmazlığının əlamətləri isə əyrilmiş ayaqlar, sümük deformasyonları, diş inkişafında gecikmə, əzələ zəifliyi, yorğunluq və halsızlıq kimi nəticələrə gətirib çıxara bilər.

 

D vitamini balıq, balıq yağı, süd və süd məhsulları, yumurta sarısı və kərə yağında mövcuddur. Lakin bu qidalardakı D vitamini aktiv formadadır və əvvəlcə qaraciyər, sonra isə böyrək tərəfindən iki mərhələdə aktiv vəziyyətə gətirilir. Ancaq yalnız qidalanma ilə D vitamini ehtiyacını qarşılamaq çətindir. Buna görə də günəş işığı vasitəsilə dəri üzərində D vitamininin sintezi zəruridir. Tünd dəri rəngli insanlarda D vitamini sintezi açıq dərililərə nisbətən 3-6 dəfə yavaşdır, buna görə də onlar daha çox günəş işığına məruz qalmalıdırlar.

 

Mart və oktyabr ayları arasında, qoruyucu krem istifadə etmədən hər gün 10-15 dəqiqə günəşlənmək D vitamini sintezi üçün ən əlverişli dövrdür. Xüsusilə saat 11:00-dan 15:00-a kimi olan dövr günəş şüalarının dik gəldiyi və D vitamini sintezinin ən effektiv olduğu vaxt hesab olunur. Lakin bu saatlar dəri xərçəngi riski səbəbindən təhlükəlidir. Buna görə də yalnız 10-15 dəqiqə, qoruyucu krem sürtmədən, diz və dirsəkdən aşağı hissələrin günəşlə təması D vitamini çatışmazlığının qarşısını almaq üçün kifayətdir.

Tacxeber.com

Oxşar xəbərlər