• 06 İyun 2025 21:46

Putin “Hörümçək toru“nun qisasını aldı: evlərə dron yağır – ŞOK

 Putin “Hörümçək toru“nun qisasını aldı: evlərə dron yağır – ŞOK
Paylaş

Rusiya Ukraynanın nüvə bombardmançı donanmasının qanadını qıran “Hörümçək toru” əməliyyatının qisasını almağa başlayıb.

Tacxeber.com xəbər verir ki, Ukraynanın şimalındakı şəhərləri silkələyən pilotsuz təyyarələr mülki insanları hədəfə alıb.

Yerli yanğınsöndürmə rəisinin ailəsi Priluki şəhərində Rusiya pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub. Belə ki, daxili işlər naziri İqor Klimenko hücum nəticəsində yanğınsöndürmə rəisinin həyat yoldaşı, qızı və bir yaşlı nəvəsinin həyatını itirdiyini açıqlayıb. “Həmin dəhşətli gecədə yanğınsöndürmə rəisi düşmənin hücumundan sonra tarlada növbətçi idi”, – Klimenko deyib.

 

Çerniqov vilayətində baş verən hücumda isə ümumilikdə 5 nəfər ölüb. Regionun qubernatoru Vyaçeslav Çaus Rusiyanın bir gecədə 6 pilotsuz təyyarə göndərdiyini və 6 nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.

Xəsarət alanlar arasında dörd uşaq da var. Xarkov meri İqor Terekhov gecə hücumlarında yeddi yaşayış binasının zərər gördüyünü, ikisinin isə birbaşa hədəfə alındığını açıqlayıb.

Hücumdan sonra küçədə dağılmış avtomobillər görünüb və təcili yardım briqadaları dəyəni qiymətləndirib. Rusiyadan hələlik heç bir açıqlama verilməyib.(Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər