Qiyamət balığı sahilə çıxdı – Bədbəxt hadisələrin gəlişindən xəbər verir

İyunun 2-də Avstraliyanın Tasmaniya sahillərində “qiyamət balığı” kimi tanınan avar balığı sahilə çıxıb.
Tacxeber.com xəbər verir ki, “ABC News” balığın sirli görünüşünün təfərrüatlarını paylaşıb.
Bildirilib ki, heyvanı iti ilə çimərlikdə gəzən Sybil Robertson adlı şəxs tapıb.
“Uçan qartala baxırdım və onun sahilə endiyini gördüm. Fikirləşdim: “Bu, qeyri-adi bir şeydir. Onların sahilə endiyini tez-tez görmürsən”, – avstraliyalı deyib.
Qız ora gedib və qumun üzərində uzanmış ölü uzun balıq tapıb. Robertson avar balığını dəqiq ölçə bilməyib, ancaq onun üç addımı qədər uzun olduğunu söyləyib.
O, balığın fotosunu çəkərək paylaşıb. Daha elm adamları tədqiqat aparmaq üçün balığı ərazidən götürüblər,.
Qeyd edək ki, bu balıq növü okeanda 150-500 metr dərinlikdə yaşayır.