Tolikin uşağının anası görün kimdir? — VİDEO

Tanınmış aparıcı Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan müzakirələrə aydınlıq gətirib. Bir müddət öncə ata olduğunu ictimaiyyətə təntənəli şəkildə açıqlayan aparıcının ailə həyatı və övladının anası ilə bağlı suallar ictimai maraq doğurmuşdu.
Həmkarları Aytən Səfərova və Nazilə Səfərli ilə birlikdə ‘TikTok’da canlı yayım zamanı Tolik bu məsələyə münasibət bildirib. O, övladını dünyaya gətirən xanımın Türkiyədə yaşadığını və onun daşıyıcı ana olduğunu açıqlayıb.
Aparıcının sözlərinə görə, qadınla arasında hər hansı romantik münasibət yoxdur və bu, yalnız surroqat analıq razılaşması çərçivəsində həyata keçirilmiş bir addımdır:
“Bacıma demişəm ona qəşəng geyimlər alsın. Çünki o mənim qızımın dayəsidir. O, gözəl olmalı, gözəl geyinməli, dırnaqları səliqəli olmalıdır. Axı mənim uşağıma baxır. Ana yoxdur. Türkiyədədir. Doğub mənə verib.
Bilirsiniz ki, mənim qızım necə xoşbəxt olacaq? Hər şeyim, evlərim, bağım onundur. Ağıllı və təhsilli olmasını istəyirəm. Görməmiş olmasın.
Mənim yaşım elə bir dövrdədir ki, 20-25 yaşında qız ala bilmərəm. Gərək alanda 35-dən yuxarı alım. O qadınların da dünyaya uşaq gətirməsi çətindir”.
Aparıcı evlənmək arzusunda olduğunu da açıqlayıb: