Zelenskinin anası Dubayda 3,2 milyon dollarlıq mənzil alıb – FOTO

Dubay Əmirliyinin daşınmaz əmlak reyestrində Ukrayna prezidenti Vladimir Zelenskinin anası Rimma Zelenskayanın adına məşhur “Burj Xəlifə” göydələnində dəbdəbəli mənzilin alınmasına dair fakt aşkarlanıb.
Tacxeber.com “Al Arabiya”nın məlumatına istinadən xəbər verir ki, sövdələşmə 2024-cü il sentyabrın 16-da, onun 74-cü doğum günündə baş tutub.
200 kvadrat metrlik mənzil Ciorco Armani tərəfindən dizayn edilmiş eksklüziv yaşayış kompleksi “Armani Residences”də yerləşir. Mülk 3,2 milyon dollar dəyərində qiymətləndirilir.