“Amerika” adlı yeni partiya yaratmaq istəyir

Amerikalı milyarder İlon Mask prezident Donald Trampla mübahisəsindən sonra ABŞ-də yeni partiyanın yaradılmasını və adının “Amerika” olmasını təklif edib.
Tacxeber.com xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.
Mask, həmçinin qeyd edib ki, belə bir partiya ABŞ üçün lazımdır. Biznesmenin sözlərinə görə, “X”də aparılan sorğuda iştirak edən ölkə vətəndaşlarının 80%-i onun yaradılmasının lehinə olduğunu bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və milyarder İlon Mask arasında iş adamının Ağ Evi tərk etmək qərarından sonra mübahisə yaranıb. Mask Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini tərk edib, bundan sonra Trampın vergilərlə bağlı qərarını tənqid edib. Biznesmenin fikrincə, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsi ABŞ-nin büdcə kəsirinin artmasına səbəb olacaq.