Zelenski Trampa qəzəbləndi: “Biz Putinlə uşaq deyilik”

Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampın Ukrayna və Rusiyanın “uşaq kimi davranması” ilə bağlı müqayisəsini rədd edib.
Tacxeber.com xəbər verir ki, o, bu barədə “ABC News” telekanalına danışıb.
“Biz Putinlə parkda oyun meydançasında uşaq deyilik. O, uşaqları öldürmək üçün bu parka gəlmiş qatildir”, – Ukrayna lideri qeyd edib.
Zelenski əlavə edib ki, Trampın bəyanatı Ağ Ev rəhbərinin Ukrayna xalqının yaşadığı faciənin miqyasını anlamadığını göstərir. Zelenski raket zərbəsi nəticəsində həyat yoldaşı və üç uşağını itirən ukraynalı atanın ağrısını təsvir edib.
“O, sadəcə dedi: “Hər səhər oyananda ailəmi axtarıram – mənzildə hər yerə baxıram… Hələ də hiss edirəm ki, bu, kabus… pis yuxudur. Tramp bu ağrını tam hiss edə və başa düşə bilmədi”, – prezident qeyd edib.
O xatırladıb ki, müharibədə 631 ukraynalı uşaq həlak olub: “Söhbət təkcə Trampdan getmir, bu ağrını tam hiss edə və anlaya bilməyən hər hansı bir insandan gedir”.