• 08 İyun 2025 17:51

Diş fırçalamasına görə valideynlərə 8 aylıq həbs cəzası verildı

 Diş fırçalamasına görə valideynlərə 8 aylıq həbs cəzası verildı
Paylaş

İsveçdə kişi və qadına 8 aylıq həbs cəzası verilib. Diş həkimi müayinə zamanı onların üç uşağında dəhşətli diş çürüməsi aşkarlayıb.

AzEdu az xəbər verir ki, bu barədə “Sveriges Radio” məlumat yayıb.

Məlumata görə, valideynlər övladlarının ağız gigiyenasına düzgün nəzarət etmədikləri üçün həbs cəzasına məhkum ediliblər.

Boras şəhərindəki dövlət stomatoloji xidmətinin diş həkimi uşaqların dişlərinin vəziyyətinin “dəhşətli” olduğunu vurğulayıb. Onun sözlərinə görə, ağızda kariyes olan dişlər “qorxunc” görünürdü və bəzi dişləri çıxarmaq lazım idi.

 

Prosedurdan sonra diş həkimi vəziyyəti yerli polisə bildirib.

Məhkəmə prosesində valideynlər günahlarını inkar ediblər. Müdafiə tərəfinin sözlərinə görə, uşaqların istər anası, istərsə də atası kariyesin nə qədər təhlükəli ola biləcəyini başa düşməyiblər. Lakin rayon məhkəməsi onları təqsirli bilib. (Azedu)

 

Tacxeber.com 

Oxşar xəbərlər