• 08 İyun 2025 17:51

İlon Maskın atası nə üçün Moskvaya gedib? – DETALLAR

 İlon Maskın atası nə üçün Moskvaya gedib? – DETALLAR
Paylaş

İlon Maskın atası Errol Mask Moskvaya gedib. O, “2050 Gələcək Forumu”nda iştirak edəcək. Forumun rəsmi saytında Errol Mask spiker qismində qeyd olunub.

Tacxeber.com xəbər verir ki, “2050 Gələcək Forumu” rus dünyası ideologiyasının əsas simalarından biri olan Aleksandr Duqinin rəhbərlik etdiyi “Tsarqrad” institutu tərəfindən təşkil olunur.

Forumda müzakirə ediləcək əsas mövzulardan bəziləri bunlardır: “Rus kosmosu. Mars uğrunda yarış” və “Ağıl və qəlblər uğrunda mübarizə. Suveren Rusiyanın ideologiyası”.

“Hamınızla tanış olmaq üçün səbirsizlənirəm. Bildiyimə görə, ruslar planetin ən ağıllı insanları sırasındadır. Belə bir xalqın müxtəlif məsələlərə münasibətini soruşmamaq ağılsızlıq olardı”. “Tsarqrad” telekanalı Errol Maskın sözlərindən sitat gətirib.

 

Forumun saytında qeyd olunur ki, Maskla yanaşı spikerlər arasında Rusiya XİN başçısı Sergey Lavrov, televiziya aparıcısı Yekaterina Andreyeva, habelə ötən il ABŞ-da sanksiyaları pozmaqda və çirkli pulların yuyulmasında ittiham olunan Dmitri Sayms da yer alır.

“İzvestiya”ya verdiyi açıqlamada Errol Mask oğlu ilə ABŞ prezidenti Donald Tramp arasında baş verən son qarşıdurmaya da toxunub. Onun sözlərinə görə, İlon və Tramp artıq beş aya yaxındır ciddi gərginlik içindədirlər və bu qarşıdurmada qalib Tramp olacaq:

“Düşünürəm ki, İlon səhv etdi. Amma o yorulub, stres altındadır. Beş ay fasiləsiz stres yaşayır”, – deyə Errol bildirib və bu mübahisəni “boş şey” adlandıraraq onun tezliklə bitəcəyini vurğulayıb.

Söhbət Tramp və Mask arasında NASA-dakı kadr məsələləri və Trampın yeni qanun layihəsi ilə bağlı yaranmış münaqişədən gedir. Həmin qanunvericilik təşəbbüsü vergi güzəştlərinin müddətini uzadır və dövlət borcunun yuxarı həddini 4 trilyon dollara qədər artırır.

Mask bu layihəni “iyrənc” adlandırıb və qeyd edib ki, bu təşəbbüs “onsuz da nəhəng olan büdcə kəsirini daha da artıracaq”. Tramp isə milyarderi “dəlisov” adlandıraraq onu dövlət sifarişlərindən məhrum etməklə hədələyib.

Yeri gəlmişkən, aprel ayında BBC-yə verdiyi müsahibədə Errol Mask ailəsinin Rusiya prezidenti Vladimir Putinə heyran olduğunu bildirmişdi. (Bizim.Media)

 

Tacxeber.com

Oxşar xəbərlər