Ruslar muzdlusuz döyüşə bilmirlər – Amma Qarabağda onları axtarırdılar – VİDEO

2020-ci ildə Qarabağ müharibəsi zamanı Rusiya mediası və rəsmi şəxsləri Azərbaycanı xarici muzdlularla birgə döyüşməkdə ittiham edirdi. Onlar iddia edirdilər ki, Azərbaycan tərəfdə Suriyadan gətirilmiş radikal döyüşçülər, türk komandosları və hətta qaradərili muzdlular döyüşür.
Tacxeber.com xəbər verir ki, bu tezisi o qədər israrla təbliğ edirdilər ki, sanki buna inanmaq özləri üçün bir növ psixoloji təsəlli idi. Amma bütün bu ittihamlara baxmayaraq, ortada ciddi sübut ortaya qoyulmadı. Heç bir beynəlxalq müşahidəçi, heç bir obyektiv araşdırma bu iddiaları təsdiqləmədi.