• 11 İyun 2025 09:13

Almaniya kəşfiyyatı:“Ukrayna Rusiyanın Qərbə gedən yolunda sadəcə bir addımdır”.

 Almaniya kəşfiyyatı:“Ukrayna Rusiyanın Qərbə gedən yolunda sadəcə bir addımdır”.
Paylaş

Almaniya kəşfiyyatının rəhbəri NATO ilə Rusiya arasında mümkün hərbi münaqişədən danışıb.

Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) səlahiyyət müddəti başa çatan rəhbəri Bruno Kal bildirib ki, Rusiya Ukraynaya NATO ölkələrinə hücum yolunda aralıq mərhələ kimi baxır.

“Biz tamamilə əminik və kəşfiyyat sübutlarımız var ki, Ukrayna Rusiyanın Qərbə gedən yolunda sadəcə bir addımdır”, – o, Table.Today podkastında deyib.

Kalın sözlərinə görə, Kremldə NATO üzvlərindən birinə hücum olacağı təqdirdə onun reaksiya verəcəyinə inanmayanlar var.

 

“Onlar artıq NATO-nun 5-ci maddəsinin işlədiyinə inanmırlar və bunu sınaqdan keçirmək istəyirlər. Onlar NATO-nu 1990-cı illərin sonunda olduğu vəziyyətə qaytarmaq istəyirlər. Amerikanı Avropadan qovmaq istəyirlər və buna nail olmaq üçün lazım olan hər vasitədən istifadə edəcəklər”, – Almaniya kəşfiyyatının rəhbəri əlavə edib.

BND hesab edir ki, Rusiya “rusdilli əhalini qorumaq” bəhanəsi ilə Baltikyanı ölkələri təxribata çəkməyə cəhd edə bilər. 2014-cü ildə Rusiya Krımı ilhaq edəndə də məhz belə olub. Eyni zamanda, Kahl əmindir ki, indi Moskva ilə danışıqların heç bir mənası yoxdur.

“Müharibənin qarşısının alınması ən az qanlı üsuldur. Putinin bu problemin həllinə aqressiv yanaşması ilə bağlı fikrini dəyişməsinə dair zərrə qədər əlamət yoxdur”, – o yekunlaşdırıb. (Azadlıq Qəzeti)

 

Tacxeber.com 

Oxşar xəbərlər