• 11 İyun 2025 09:59

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstana qarşı oynacaq

 Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstana qarşı oynacaq
Paylaş

Bu gün Azərbaycan millisi hazırkı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirəcək.

Fernandu Santuşun baş məşqçilik etdiyi komanda Macarıstanı qəbul edəcək. “Liv Bona Dea Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Azərbaycan millisi 3 gün əvvəl Latviya yığması ilə də yoldaşlıq oyunu keçirib. Bu matç 0:0 hesabı ilə yekunlaşıb.Daha əvvəl – bu ilin martında keçirilən yoxlama matçlarında isə Azərbaycan millisi Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub.

Xatırladaq ki, Macarıstanla matç Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyi son görüşdür. Yığmamız sentyabr ayında seçmə mərhələnin D qrupunda (rəqiblər Fransa, Ukrayna və İslandiyaya) qarşı mübarizəyə başlayacaq.

 

10 iyun

Yoxlama oyunu

20:00. Azərbaycan – Macarıstan

Baş hakim: Viktor Şimusik (Belarus)

“Liv Bona Dea Arena” (Qol.az)

 

Tacxeber.com 

Oxşar xəbərlər