• 12 İyun 2025 12:20

Mask cəhd edib ki, Rusiyadan onu alsın, amma… – Milyarderin atası SİRRİ AÇDI

 Mask cəhd edib ki, Rusiyadan onu alsın, amma… – Milyarderin atası SİRRİ AÇDI
Paylaş

Amerikalı sahibkar, “SpaceX” şirkətinin rəhbəri İlon Mask Rusiyadan raket almağa çalışsa da, bunu zarafat hesab edərək ona satmayıblar.

Tacxeber.com xəbər verir ki, bunu biznesmenin atası Errol Mask “Gələcəyin Forumu 2050”də deyib.

Onun sözlərinə görə, bu, oğlunun karyerasının başlanğıcı olub.

“O, Rusiyada idi, burada raket almağa çalışırdı. Hamımız bilirik ki, burada ən yaxşı raketlər hazırlanır. Ona raket vermədilər. Düşündülər ki, zarafat edir.””, – Errol gülərək deyib.

Bunun ardından ata, oğul və bir neçə digər şəxs Kaliforniyada öz raketlərini hazırlamağa başladılar. Beləcə, “SpaceX” şirkətinin istehsalı başladı.

 

Tacxeber.com

Oxşar xəbərlər