Rusiya təyyarələri Kiyevdəki məşhur Sofiya kilsəsini və məbədi də vurub

İyunun 10-da gecə Kiyevin atəşə tutulması zamanı Sofiya kilsəsinə zərər dəyib.
Bu barədə mədəniyyət naziri Nikolay Toçitski Facebook-da məlumat verib. O qeyd edib ki, işğalçıların hücumu Ukraynada 11-ci əsrdə tikilmiş ən qədim muzeylərdən birinə də təsir edib:
“Kiyevdəki Müqəddəs Sofiya Katedrali əsrlər boyu salamat qalmış və dövlətçiliyimizin doğulmasını simvolizə edən məqamdır. Partlayış dalğası abidənin apsisindəki karnizin dağılmasına səbəb olub”, – nazirin postunda deyilir.