• 23 Noyabr 2024 03:32

Afina adaları zirehli texnikalarla silahlandırır – Türkiyə HƏRƏKƏTƏ KEÇDİ

Türkiyə ordusu Yunanıstanın Egey dənizindəki Midilli (Lesbos) və Sisam (Samos) adalarına hərbi texnika yerləşdirməsini qeydə alıb.

Tacxeber.az   xəbər verir ki, bu barədə NTV telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr 23 zirehli maşının Midilliyə, 8-i isə Sisam adasına çatdırılmasını görüntüləyib. Avadanlıqların hərbi yardım kimi ABŞ-dan Yunanıstana aparıldığı bildirilir.

Türkiyə Müdafiə Nazirliyi qeyd edib ki, Yunanıstan beynəlxalq müqavilələri, xüsusilə Lozanna (1923) və Paris (1947) müqavilələrini pozaraq adalarda hərbi texnika yerləşdirir. “Yunanıstanın hərəkətləri qəbuledilməzdir və iki ölkənin NATO-dakı tərəfdaşlığına ziddir”, – hərbi mənbələr bildirib.

Türkiyə və Yunanıstan mübahisəli adaların statusu, ərazi sularının sərhədləri və Egey dənizindəki hava məkanına görə dəfələrlə hərbi münaqişə astanasında olublar.

Yunanıstanın ərazi suları Egeydə altı dəniz milinə qədər uzanır, lakin Afina bunu beynəlxalq səviyyədə tanınmış standart olan 12 dəniz mili qədər uzatmaq hüququna malik olduğunu deyir. Öz növbəsində Ankara Afinaya xəbərdarlıq edib ki, Yunanıstanın öz ərazi sularını belə genişləndirməsi müharibə elan etmək üçün bəhanə olacaq. Türkiyə, həmçinin Yunanıstan hava məkanının, ərazi suları kimi altı dəniz mili ilə məhdudlaşdığını nəzərə alaraq, Egeydəki adalar ətrafındakı 10 millik yunan hava zonasını tanımır.  (Publika.az)

Akqabay

Tacxeber.az

Oxşar xəbərlər