• 21 Aprel 2025 06:48

Donald Tramp Rusiya-Ukrayna müharibasi barədə: Bu, Baydenin müharibəsidir

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı münaqişədə Amerika siyasətinin əsas məqsədi hərbi əməliyyatların tam dayandırılmasına nail olmaqdır.

 

Tramp izah edib ki, Amerikanın yeni administrasiyası ABŞ-ın 46-cı prezidenti Co Baydenin prezidentliyi dövründə başlayan münaqişənin uzanmasında maraqlı deyil. “Bu, Baydenin müharibəsidir. Bu, mənim müharibəm deyil. Mən çox qısa müddətdir ki, buradayam ” deyən Donald Tramp təyyarəsində jurnalistlərə bildirib. Prezident əlavə edib ki, Ukrayna münaqişəsi ABŞ-a milyardlarla dollara başa gəlib. Trampın fikrincə, sələfi buna imkan verməməli idi.

 

Qeyd edək ki, Ağ Ev rəhbəri dəfələrlə Ukraynada hərbi münaqişənin başlanmasında Co Baydeni günahlandırıb. Fevral ayında o, mətbuata demişdi ki, sələfi tərəfləri hərbi münaqişədən “asanlıqla çəkindirə bilərdi”. O, həmçinin ABŞ-ın 46-cı prezidenti olsaydı, münaqişənin qarşısını alacağını dəfələrlə bildirib.

Tacxeber.com

Oxşar xəbərlər