• 16 Aprel 2025 08:21

Vladimir Zelenski etiraf etdi: Amerikanın dəstəyi olmasa, Ukrayna daha çox ərazilər itirəcək

Amerikanın dəstəyi olmasa, Ukrayna çoxlu itkilərə məruz qalacaq.

 

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski aprelin 13-də yayımlanan CBS News telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib. “Düşünürəm ki, ABŞ olmasa, biz çoxlu itkilər verəcəyik: insan və ərazi itkiləri. Təbii ki, ABŞ olmadan müharibəni mümkün qədər tez bitirmək və ədalətli sülh əldə etmək çətin olacaq, bu, faktdır”, – prezident bildirib.

 

Lakin o, ABŞ-ın Ukraynanı dəstəklədiyini hiss edib-etməməsi ilə bağlı suala cavab verməzdən əvvəl fasilə verdi. “Mən həqiqətən belə suallara doğru və tez cavab vermək istəyirəm ki, ABŞ bizim strateji əhəmiyyətli güclü tərəfdaşımızdır. Və bu pauza şübhə doğurur. Şübhə etmirəm ki, Amerika xalqı bizimlədir. Amma müharibə uzun çəkir, çox şey unudulub. Və mən istərdim ki, bu anı keçək və daha heç bir fasilə olmasın”, – o deyib.

 

Zelenskinin sözlərinə görə, həm Ukraynada, həm də Avropada hamı ABŞ-ın özündən uzaqlaşa biləcəyindən qorxur. Prezident Amerikanın dəstəyi olmadan Ukraynanın düşmənlə döyüşməli olacağı ssenarini nəzərdən keçirmək istəmədiyini bildirib. Amma bu və ya digər şəkildə Kiyev bu müharibəyə son qoyacaq və bunu Ukraynaya münasibətdə ədalətli edəcək. “Başqa çıxış yolu yoxdur və ola da bilməz”, – Zelinski əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər