Tramp: Səndən 20 dəfə güclü birinə qarşı müharibə başlada bilməzsən

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ silahlarının alınması ilə bağlı təklifinə münasibət bildirib.
Tacxeber.com APA-ya istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə təşkil etdiyi mətbuat konfransında danışıb.
“O həmişə raket əldə etmək axtarışındadır. Baxın! Müharibəyə başlayanda siz qələbə çala biləcəyinizi bilməlisiniz, elə deyilmi? Sən səndən 20 dəfə güclü birinə qarşı müharibə başlada və kiminsə sənə raket verəcəyini ümid edə bilməzsən.”, – o deyib.
Tramp ilk prezidentliyi dövründə Ukraynaya “Javelin” raketlərini necə verdiyini xatırladıb. Onun sözlərinə görə, Ukrayna hərbçiləri palçığa batmış tanklarla ilk böyük döyüşdə məhz beləcə qalib gəliblər.