“Bir Addım” – Hər Şeyin Başlanğıcı Maraqlı 17 Aprel 2025 22:49 120 PaylaşMotivasiya…Bəzən insanlar “daha hazır deyiləm”, “indiki zaman deyil”, “bəlkə sabah” deyə özlərini dayandırırlar. Amma həyat heç vaxt tam uyğun zaman yaratmır. O zamanın özünü yaratmaq isə sənin əlindədir.Bir kitab oxumaq istəmisənsə – bir səhifə ilə başla.Daha sağlam olmaq istəyirsənsə – bir stəkan su içməklə başla.Xəyal qurmusansa – onu kağıza yazmaqla başla.Qorxularına qalib gəlmək istəyirsənsə – onları qəbul etməklə başla.Unutma: Uğur birdən-birə gəlmir. O, hər gün atılan balaca, amma davamlı addımların nəticəsidir.Ən böyük çətinlik – başlamaqdır. Amma başladığın an həyat da dəyişməyə başlayır. Qorxuların azalır, inamın artır, özünü tanımağa başlayırsan.Bugün bir addım at. Kiçik də olsa, irəlilə. Çünki sabahın uğuru – bu günün qərarından doğur.Sənin dəyişimin – sənin bir addımınla başlayır.(Samira Rzayeva)Tacxeber.com