“Emin Əmrullayev dövrü Azərbaycan təhsilində qara bir ləkə kimi illər sonra da xatırlanacaq” – TƏHSİL EKSPERTİ
“Məktəblərdən pul yığılması halı, təqribən 15 il bundan əvvəlki vəziyyətə, yəni, daha bərbad hala düşüb. Bir çox məktəblərdə, bizim çox peşəkar məktəb direktorlarımız var ki, maksimum dərəcədə bunun qarşısını almağa çalışırlar. Amma reallıq ondan ibarətdir ki, cəmiyyətdə təhsillə bağlı narazılıqlar o səviyyədədir ki, sanki, belə də olmalıdır”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Sonxeber.az-a təhsil eksperti Elşən Qafarov danışıb.
O, açıqlamasında qeyd edib ki, 5 milyard təhsil büdcəmiz var və belə bir büdcəsi olan təhsil sistemində 2,5,20 manatdan pul toplanması faciəvi bir haldır: