• 21 Aprel 2025 06:48

Roma Papası Azərbaycan və Ermənistan arasında sülh sazişi üçün dua edib

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin əldə edilməsinə çağırış edib.

Bu barədə Oxu.Az “Vatican News”a istinadən xəbər verir.

 

Bildirilir ki, 88 yaşlı pantifik ənənəvi Pasxa müraciətində Cənubi Qafqaz regionu barədə də bəhs edib.

 

Roma Papası uzun müddətdir həmin bölgədə davam edən gərginliyin möhkəm barışıq tələb etdiyini bildirib. Xüsusən o, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi və regionun şəfa tapması üçün dua edib.

 

Pantifik əlavə edib ki, sülh tərksilahsız mümkün deyil: “Hər bir xalqın öz müdafiəsini təmin etməsi zərurətini dərk edərək, bunun qlobal silahlanma yarışına çevrilməsinin qarşısını almaq vacibdir”.

Tacxeber.com

Oxşar xəbərlər