Məqsəd tapşırıqla vəzifələri ələ keçirən şəxsləri saxlamaqdır – Deputat

“Hesablama Palatasında dövlət qulluğuna qəbulla bağlı prosedur şəffaf keçirilir. Bunu bir sıra digər qurumlarda da tətbiq edilməsi vacibdir. Hər bir qurumun işi peşəkarlıq səviyyəsi ilə bağlıdır. Son vaxtlar başqa sahələrdə bizə gələn şikayətlər göstərir ki, həm müsabiqənin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinat mərhələsində çatışmazlıqlar var”.
Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.