Ölkəmizə milyardlar qazandıracaq ƏMƏKDAŞLIQ – Azərbaycan Asiyanı Avropa ilə BİRLƏŞDİRİR
Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsi fonunda dünya dövlətləri ölkəmizlə əlaqələr qurmağa və onu inkişaf etdrməyə daiam maraq göstərir. Azərbaycan da öz növbəsində dünya ölkələrilə əməkdaşlığın inkişafında maraqlıdır. Bu mənada son illər Azərbaycanla Çin arasında da əlaqələr sürətlə inkişaf edir.
2024-cü ilin iyulun 3-də Bakı ilə Pekin arasında arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də Çinin Sinxua agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir. Dövlət başçısı qeyd edib ki, fəal dialoq, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır.
İlham Əliyev onu da vurğulayıb ki, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, ölkəmizin xarici ticarət dövriyyəsində Pekinin payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Bütün bunlar Bakı Pekin münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyindən xəbər verir.
Azərbaycan Çin tərəfdaşlığı ölkəmizə nələr qazandıracaq?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, “Bir kəmər, bir yol” layihəsi münasibətlərimizin inkişafında xüsusi önəm daşıyan layihədir:
“Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmaqla yanaşı, dünyanın əsas aparıcı güclərindən biridir. İqtisadi gücünə görə Çin dünyada ikinci yerdədir. Son illər Çin iqtisadiyyatının sürətli inkişafı ölkənin əhəmiyyətinin, siyasi və iqtisadi müstəvidə dünya üzrə çəkisinin artmasının nümunəsidir.
33 ilə yaxındır ki, Bakı ilə Pekin arasında diplomatik münasibətlər, iqtisadi və siyasi münasibətlər artan dinamika üzrə inkişaf edir. “Bir kəmər, bir yol” layihəsi münasibətlərimizin inkişafında xüsusi önəm daşıyan layihədir. 2019-cu ildə tərəflər arasında sənaye və investisiya sahələrini əhatə edən 10 sənəd imzalanıb”.
Deputat Çinlə Azərbaycan arasında ticarət dövriyyəsinijn həcminin 3,5 milyard dolları keçdiyini xatırladıb:
“Tərəflər arasında son 5 ildə ticarət dövriyyəsi iki dəfədən də çox artaraq, 3,5 milyard dolları keçib. Çin Azərbaycana 1 milyard, ölkəmiz tərəfindən əks istiqamətə isə 2 milyard dollar investisiya qoyulub. Bu illər ərzində hər iki tərəfdən qarşı tərəfə müxtəlif rəsmi səfərlər həyata keçirlilib. 2024-cü ilin 3 iyulunda isə Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması ilə bağlı birgə Bəyannamə imzalanıb”.
Müsahibimiz əlavə edib ki, Çinlə münasibətlərimiz Azərbaycanın Avropa ilə Asiya arasında tranzit yolu, nəqliyyat qovşağı olaraq önəmini, əhəmiyyətini göstərir: