Avropa Zelenskinin Krımla bağlı mövqeyini dəstəkləyib
Avropa ABŞ prezidenti Donald Tramp administrasiyasına Krımı Rusiya kimi tanımayacağını çatdırıb.
Tacxeber.com bu barədə “Funancial Times” qəzetinə istinadla yazır.
“Artıq Tramp administrasiyasına bildirilib ki, Avropa paytaxtlarının Krımı Rusiya kimi tanıması qeyri-mümkündür”, – deyə nəşrdə rəsmilərdən biri sitat gətirib.
Mənbə qeyd edir ki, Avropanın ən böyük paytaxtları Vaşinqtonu yarımadanı birtərəfli qaydada Rusiyanın bir hissəsi kimi tanımaqdan çəkinməlidir.
Nəşrin yazdığına görə, Avropa ABŞ-ın Krımın Rusiya kimi tanınması və ya bu məsələdə Kiyevə təzyiq göstərməsi istiqamətində hər hansı addımını dəstəkləməkdən imtina edir. Avropanın ən böyük paytaxtları Ukraynanın suverenliyini pozacaq heç bir qərar qəbul etməyəcəkləri ilə bağlı öz mövqelərinə möhkəm sadiq qalırlar.