“Savaş yaratmaq istəyir, ailədən xəbəri olmayan ailədən danışır” – Xalq artistindən sərt sözlər

Müğənni Mehin Hümbətova açıqlamaları ilə diqqət çəkib. Sənətçi Azərbaycanda bəylərin həyat yoldaşları ilə birlikdə kluba gedə bilmədiklərini əsas gətirərək rahat istirahət etmədiklərini deyib.
“Bəylərimiz öz xanımları ilə istədikləri kimi istirahət edə bilmirlər. Rahat sevgi dolu həyat yaşaya bilmirlər ki, kənardan nə deyərlər? Qaynım, qardaşım görsə ki, xanımımla kluba gəlmişəm, nə deyərlər?”, – deyə düşünürlər. Get də. Əgər xanımınla kluba, restorana gedib, gözəl emosiyalar yaşamayacaqsansa, onu niyə almısan?”, – deyə sənətçi bildirib.
Bəs, həqiqətən bəylər həyat yoldaşları ilə rahat istirahət edə bilmir?
Mövzu ilə bağlı Ölkə.az-a danışan xalq artisti Nürəddin Mehdixanlı bildirib ki, Azərbaycanda son dövrlər dəb düşüb, ailədən xəbəri olmayanlar, ailənin nə olduğunu bilməyənlər ailə problemlərindən danışırlar: “Sevginin nə olduğunu anlamayanlar, sevgidən danışmağa başlayıb. Azərbaycanda süni surətdə ortalığa fikirlər atılır. Nəsillər arası guya savaş var, gənclərlə yaşlılar bir-birini qırır. Yoxdur axı belə şey. Mən də bu ölkədə yaşayıram. Bu savaşı görmürəmsə, televiziya ekranlarına çıxıb süni surətdə gündəm yaratmağa çalışanlar harada yaşayırlar? Onlar nə istəyirlər? Məqsədləri nədir? Azərbaycanda ailə institunu dağıtmaq istəyirlər, olmayan kişi-qadın savaşını körükləyirlər. Bu, kimə lazımdır? Nə üçün edirlər? Mənə elə gəlir ki, bir adam bir şeydən danışırsa, bunun haqqında danışmağa onun haqqı olmalıdır. Haqqı olmayanlar bu günləri meydan sulayırlar. Öyrənəndə, baxıb görürsən ki, kimdir, nə ilə məşğuldur? Ailəsi olmayan ailə prinsiplərindən danışır. Azərbaycan cəmiyyətinin problemlərindən, ağrılarından xəbəri olmayanlar yalançı, yad, sürünmüş ideologiyaları bizə sırımağa çalışırlar”.
Xalq artisinin sözlərinə görə, bu günləri Azərbaycan qadını ilə kişisi istədikləri yerə gedirlər, dünyanın istənilən ölkəsində istirahət edirlər: