Elon Mask və maliyyə naziri Scott Bessent dalaşıblar
Hökumətin Səmərəliliyi Ofisinin rəhbəri Elon Mask və Maliyyə Naziri Scott Bessent Ağ Evdə ABŞ prezidenti Donald Tramp və digər rəsmilər qarşısında Daxili Gəlir Xidməti (IRS) haqqında qızğın fikir mübadiləsi aparıblar.
Bu barədə “Axios” iki şahidə və vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb. Mübahisə cümə axşamı, aprelin 17-də baş versə də indi məlum olub.”Onlar “West Wing-də WWE” (güləş şousu – Kommersant) olduğunu düşünən iki orta yaşlı milyarderlər olub” – şahidlərdən biri deyib. Məlumata görə, Donald Trampın iki şəriki arasında münaqişə uzun müddətdir ki, onların dövlət idarəçiliyinə yanaşmalarında fərqliliklər səbəbindən böyüyür.