Küçələrdə satışa çıxarılan ÇİYƏLƏKLƏRLƏ BAĞLI TƏHLÜKƏ – Zəhərlənmə, allergiya, qaraciyər…
Aprel ayının əvvəllərindən artıq paytaxtın müxtəlif ərazilərində, metro çıxışlarında pərakəndə şəkildə çiyələk satışı başlayıb. İnsanların əksəriyyəti mənşəyi bilinməyən bu cür çiyələkləri mövsümündən əvvəl istehlak etməyə meyilli olsalar da, çoxları bu cür meyvələrin dərmanla yetişdirildiyini deyir. Artıq vətəndaşlar arasında çiyələkdən zəhərlənmə halları da müşahidə olunur.