• 25 Aprel 2025 21:33

Hindistan-Pakistan gərginliyi pik həddə: Bütün su bəndləri bağlandı

Hindistan Hind çayının Pakistana axınının qarşısını almaq üçün bütün su bəndlərini bağlayıb.

 

Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, bu, 1960-cı ildə Hind çayı suları haqqında saziş imzalandıqdan sonra ilk dəfədir belə hadisə baş verir.

 

Həmin sazişdə tərəflər siyasi münaqişələrə baxmayaraq, su resurslarını bölüşmək razılığına gəliblər.

 

Daha əvvəl Pakistan çayın axınının kəsilməsi cəhdlərini müharibə aktı kimi qiymətləndirəcəyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər