• 27 Aprel 2025 01:44

ABŞ kəşfiyyatının casusunun oğlu Rusiya tərəfdən döyüşərkən müharibədə ölüb – Sensasiya

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yüksək rütbəli məmurunun oğlu Rusiya tərəfdən döyüşərkən müharibədə ölüb.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, ölən gəncin 2024-cü ilin fevralında ABŞ MKİ-nin Rəqəmsal İnnovasiyalar üzrə direktor müavini vəzifəsinə təyin edilmiş Culian Qallinanın oğlu olduğu üzə çıxıb.

 

Rusiya hökumətindən məlumat alan ailə oğlullarının Ukrayna sərhədləri daxilində öldürüldüyünü öyrənib.

 

Anası yüksək rütbəli dövlət məmuru olsa da, 21 yaşlı Mişel Aleksand Qloss anti-Amerika mövqeyi ilə diqqət çəkib.

 

Məlumata görə, amerikalı 2024-cü ildə Rusiya ordusu ilə müqavilə əsasında döyüşərkən Ukraynanın şərqində öldürülüb.

 

Ailəsi Mişelin ötən il aprelin 4-də öldüyünü bildirib.

 

ABŞ casusunun oğlunun Rusiya uğrunda Ukraynada müharibədə həlak olması dünya mətbuatında geniş əks-səda doğurub.

 

A.M.Qloss ölümündən əvvəl sosial şəbəkələrdə özünü “çoxqütblü dünyanın tərəfdarı” adlandırıb. O, həmçinin özünü hər ikisi hərbi xidmətdə olan valideynlərin övladı kimi təsvir edib.

 

“iStories” araşdırma saytının yazdığına görə, Qloss 2022-ci ilin fevralından Rusiya ordusu ilə müqavilə bağlayan 1500-dən çox əcnəbidən biridir. Mənbələr bildirir ki, Qloss 2023-cü ilin dekabrında cəbhə xəttində baş verən toqquşmalarda iştirak edən hücum bölmələrinə yerləşdirilib.

 

Ailəsi Qlossun ölüm elanında Ukrayna savaşından bəhs etməyib, sadəcə Şərqi Avropada öldürüldüyünü yazıblar.

 

“The Guardian” yazır ki, Qloss 2023-cü ildə 56 mindən çox insanın öldüyü 6 fevral zəlzələsindən sonra bərpa işlərinə kömək etmək üçün Türkiyənin Hatay şəhərinə gedib.

 

Müharibəyə aid foto və videolarda onun əsasən nepallı müqaviləli əsgərlərlə birlikdə məşq etdiyi görünür. O, Rusiya ordusu ilə müqavilə imzaladıqdan 3 ay sonra hücum batalyonunun üzvü kimi Ukraynaya göndərilib.

 

Qlossun necə öldüyü sirr olaraq qalır.

Dostu mətbuata açıqlamasında gənc amerikalının Ukrayna sərhədləri daxilində öldüyünü deyib.

Tacxeber.com

 

Oxşar xəbərlər