Tramp və Zelenskiy Romada görüşüblər. Dünya Siyasət 26 Aprel 2025 16:08 11 ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski Vatikanda çox məhsuldar danışıqlar aparıblar. Bu haqda Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çun məlumat yayıb. “Dövlət başçıları bu gün təkbətək görüşüb və çox məhsuldar müzakirələr aparıblar”, – deyə rəsmi bildirib. O əlavə edib ki, görüşlə bağlı daha sonra ətraflı məlumat verəcək. Qeyd edək ki, bu gün Romada Papa Fransiskin dəfn mərasimi keçirilir. Tacxeber.com