AFFA-dan millinin baş məşqçisinə SON XƏBƏRDARLIQ – Bunu etməsə, istefaya göndəriləcək!
Millinin qarşıdakı iki yoxlama görüşü Fernandu Santuş üçün çox önəmlidir.
Komandamız iyunun 7-də səfərdə Latviya, 3 gün sonra Bakıda Macarıstan ilə yoldaşlıq matçılarında qüvvəsini sınayacaq. Əgər yığmamız bu oyunlarda da uğursuz nəticə əldə edərsə… Portuqaliyalı əşyalarını toplamalı olacaq.
Hər halda AFFA rəhbərliyi ilə adıçəkilən baş məşqçi arasında keçirilən son görüşdə bununla bağlı geniş danışılıb, ona xəbərdarlıq edilib.
Federasiya mənsubları millinin durumundan, qeydə alınan nəticələrdən çox narazı və narahatdır.
Sentyabrda dünya çempionatı-2026-nın seçmə mərhələsi start götürəcək və AFFA komandanın burada yaxşı çıxış etməsini istəyir. Lakin Santuşun yönətimində keçən 1 il gələcəyə ümidlə boylanmağa əsas vermir.
Yığmamız Millətlər Liqasının C divizionunda qrup sonuncusu olaraq D divizionuna yuvarlanıb. Həmçinin Haiti və Belarusla doğmau publika önündə keçirilən yoxlama matçılarında da məğlubiyyət qeydə alınıb – 0:3 və 0:2.
Santuşla son görüşdə ona ciddi iradlar tutulub. Nəticələrin pis olmasıyla yanaşı, komandanın bərbad oyun sərgilədiyi diqqətinə çatdırılıb. Bildirilib ki, milli Latviya və Macarıstanla qarşılaşmalarda azarkeşləri sevindirməsə, 4 illik müqaviləyə birtərəfli qaydada xitam verilməsi müzakirəyə çıxarılacaq.
Bu yerdə AFFA prezidenti Rövşən Nəcəfin aprelin 11-də dilinə gətirdiyi məlum açıqlamanı bir daha xatırlayaq.
O, «uğursuzluqlar davam edərsə, Fernandu Santuşun müqaviləsi ilə bağlı qərar veriləcəkmi» sualına cavabında aşağıdakıları söyləyib: