“Azərbaycanın xarici dövlət borcu yoxdur”- ifadəsi ancaq əbləhləri əsarətdə saxlamaq üçün propaqanda vasitəsidir.
Avropada dövlət borcu olmaması ilə öyünən ölkə Çauşeskunun Rumıniyası idi. Dövlət borcunu qaytara-qaytara, Çauşesku rumınları Avropanın ən kasıb, acından ölən xalqı etmişdi. Dövlət borcunun axırıncı qəpiyinin qaytarılıb sıfıra endirilməsi ilə ac-yalavac xalqın üsyan edib Çauşeskunu güllələməsi az qala eyni günə düşdü. İndiyə kimi rumlnlar o siyasətin acılarından tam qurtula bilməyiblər.
Xarici borcu qaytarmaq söhbətini ən çox edənlərdən biri də Ərdoğan idi. Lirə dombalaq aşıb, qiymətlər kəllə-çarxa qalxandan sonra siyasəti 180 dərəcə dəyişdirdi, indi isə Türkiyə 46 faizlə dünyada faiz dərəcısinə görə birinci yerdədir, hətta Argentinanı da ötüb. Yəni öz camaatına borcu dünyada ən böyük faizlə verən ölkədir. Niyə qaldırıblar faizi? Qaldırblar ki, lirənin ölməsinin, inflyasiyanın qabağını alsınlar ki, Türkiyə yenidən gedib borc götürə bilsin.
Dünyada bütün, xalqın rifahını fikirləşən varlı demokratik dövlətlərin xarici borcu böyükdür. Sadəcə məsələ burasındadır ki, bu ölkələrdə dövlətlə yanaşı müstəqil özəl sektor da var. Ölkənin varı təkcə dövlətin pulu deyil, həm də varlı, müstəqil sektorun puludur. Bizim kimi diktaturalarda isə özəl sektor yoxdur, daha doğrusu o da elə dövlətin başında oturanların əlindədir. Ona görə də dövlət borcu gözlərində filə dönüb. Çünki dövləti özəlləşdirdikləri üçün dövlətin borcu elə bunların öz şəxsi borcudur. Öz borcunu qaytarmaq üçün də camaatı müfliləşdirirlər.
Baxın, ABŞ-da dovlət sektorunda ümumi işləyənlırin cəmi 15 faizi çalışır. Yerdə qalan 85 faiz isə dövlətin başındakılarla heç bir əlaqəsi olmayan özəl sektorda çalışır.
Azərbaycanda çalışanların 50 faizdən çoxu dövlət sektorundadır. Yerdə qalan 50 faizin də bir xeylisi elə dövlətin başlndakılara məxsus Kapital, Azercell-fiıan kimi yerlərdə işləyir. Yəni bu dövlətin borcu elə bu dövlətin başında duranların şəxsi borcudur. Lazım olanda da məhz sizdən kəsməklə qaytarılandır.
Başqa sözlə, bizim avtoritar kontekstdə “Azərbaycanın dövlət borcu azdır” ifadəsi, fiqurativ desək, camaatın cibinə girirəm deməkdir. Hər dəfə borc azalanda, camaat bir az da kasıblaşır deməkdir. Amma görün nə qədər moşennikdirlər ki, sizin buna sevinməyinizi, nailiyyət kimi görməyinizi də istəyirlər.