ABŞ Ukraynadan geri çəkilir, yoxsa? – Trampın müşavirindən maraqlı ŞƏRH
Vəziyyət mürəkkəbdir, lakin proses davam edir.
Tacxeber.com xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ukraynadakı münaqişənin həllini şərh edərkən deyib.
“Yüz gün əvvəl heç bir şey yox idi: sonsuz bir dalan var idi… Çətindir, hərəkət uyğunsuz olacaq, amma bizim bir prosesimiz var”, – Uolts bildirib.
Müşavir qeyd edib ki, son vaxtlar bəzi insanlar Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasının zəruriliyi ilə bağlı mövqe bildiriblər. Onun sözlərinə görə, xüsusilə ABŞ prezidenti Donald Tramp rusları Krımdan sıxışdırıb çıxarmağın Amerikanın maraqlarına uyğun olub-olmadığı ilə maraqlanır.