1 milyon 744 minlik tender icra məmurunun oğluna verilib.



Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda dayanacaq pavilyonları quraşdıracaq.
Bununla əlaqədar dövlət satınalmalarının vahid internet portalında tenderin nəticəsi açıqlanıb.
Nəticələrə əsasən, AYNA Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərini həyata keçirəcək. Bu məqsədlə “SMCS” MMC şirkəti ilə 1 milyon 744 min 985 manatlıq satınalma müqaviləsi imzalayıb.