Zelenski Moskvanı Qələbə Paradına hücumla hədələdi

Ukrayna prezidenti Volodimir Zelenski mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına hücum planlarına eyham vurub.
Tacxeber.com xəbər verir ki, Zelenski bununla bağlı mövqeyini ötən axşamkı videomüraciətində açıqlayıb.
Putinin Rusiyanın Qələbə Günü ilə bağlı elan etdiyi atəşkəslə bağlı Zelenski istehza ilə deyib ki, Rusiya rəhbərliyi Moskvada onun paradından narahat olmaqda haqlıdır: “Onlar müharibəni bitirmək üçün aydın addımlar atmalıdırlar. Biz də təkid edirik ki, qeyd-şərtsiz və tam atəşkəs ilk addım olmalıdır. Rusiya bunu etməlidir. İndi onların paradının sual altında olmasından narahatdırlar. Onlar narahat olmaqda haqlıdırlar. Amma bu müharibənin hələ də davam etdiyindən narahat olmalıdırlar”.
Zelenski onu da əlavə edib ki, Amerika ilə yeni sanksiya addımları ilə bağlı müzakirələrə hazırlaşırlar: “Biz məhz Rusiyada Moskvanı diplomatiyaya ən çox məcbur edəcək ağrılı nöqtələrini seçirik”, – deyə Zelenski bildirib.