Ağdam rayonuna köçürüləcək 1987 ailə üçün 1.6 milyon pul yol pulu ayrıldı.

1 məcburi köçkün ailəsinin Ağdama köçürülməsi xərci 820 manat təşkil edəcək!
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub.
“Qaçqınkom”un tender müsabiqəsinin qalibi “166 Global Logistics” MMC olub. “166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə Ağdamın Xıdırlı kəndinə 719, Ağdam şəhərinə isə 1268 məcburi köçkün ailəsini köçürəcək.
“Qaçqınkom” ümumilikdə 1987 ailənin köçürülməsi üçün “166 Global Logistics” MMC-yə 1 milyon 630 min 223 manat 10 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Ağdama köçürülməsi xərci 820 manat təşkil edəcək. (Yeni Avaz)