• 02 May 2025 19:55

Trampın komandası dağılmaqdadır…

Hakimiyyətinin 100 günü tamam olan kimi Trampın komandasından artıq ilk istefa gerçəkləşdi. Mike Waltz Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən istefa verdi – Fox News belə bildirir. Onun yerini Trampın xüsusi nümayəndəsi Steven Witkoff tuta bilər. Waltzın müavini Aleks Vonq da işdən çıxarılıb.

 

Mart ayında Waltz böyük bir qalmaqalın mərkəzində təzahür etmişdi. O, Husilərə zərbələri müzakirə etmək üçün Ağ Evin yüksək vəzifəli məmurları üçün Signal messencerində qrup söhbəti təşkil etmiş, Atlantikin baş redaktoru Cefri Qoldberq də təsadüfən söhbətə əlavə edilmişdi.

Düşünürəm ki, bu istefalar davamlı olacaq. Çünki elə birinci prezidentliyi dövründə də Tramp bir çox yüksək ixtisaslı komanda üzvünü istefaya göndərmişdi. Onun sevdiyi bir ifadə var: “You fired”, yəni, “sən işdən çıxarıldın”. Çox güman ki, verdiyi vədlərə əməl edə bilməyən Tramp digərlərini günahkar çıxaracaq və bu ifadəni tez-tez səsləndirəcək…

 

Dadaş Əhmədli

Tacxeber.com

Oxşar xəbərlər