• 04 May 2025 12:06

Paşazadənin idarəsindən Rəsul Quliyevə cavab gəldi. 

Şeyxin İdarəsindən Rəsul Quliyevin ittihamına CAVAB 

Milli Məclisin mühacirətdə olan keçmiş sədri Rəsul Quliyevin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə haqqında dediyi sözlər ictimaiyyətdə müzakirələr yaradıb. Məscidlərdə aparılan bərpa işlərinə münasibət bildirən R.Quliyev QMİ sədrini nəzir qutularına yığılan pullara görə ittiham edib:

 

“Şeyxülislam Allahşükür Paşazadənin qulağından tutub demək lazımdır ki, yığılan pulları məscidlərin abadlaşdırılmasına sərf elə. Hökumət bura pul ayırmamalıdır. Camaat gedib ora pul verir. Sən bu pulu götürüb yeməli deyilsən ki… Onsuz da 30-40 faizini yeyirsən, yerdə qalanını heç olmasa məscidlərin bərpasına sərf elə. Ona görə də şərurlu İsfəndiyarın “məscidləri söküb yerinə məktəb tikmək” tezisi qəbul olunan tezis deyil. Bu “kolxoz” düçüncəsidir. Pulu olan adam belə şey eləməz”.

 

Tacxeber.com xəbər verir ki, Qafqaz Müsılmanlar İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov Modern.az-a açıqlamasında Rəsul Quliyevə cavab verib.
O qeyd edib ki, nəzir qutularına nəzarət və yığılan pulların hara xərclənilməsi məscidlərin daxili işidir və Qafqaz Müsəlmanlar İdarəsi bu prosesə müdaxilə etmir:

 

“Məscidlərin icma üzvləri pulların necə xərclənməsinə özləri nəzarət edirlər. Ümumilikdə baxdıqda, nəzir qutularına o qədər də çox pul yığılmır ki, kimsə də onu mənimsəsin. Bu pullar məscidin komunal xərclərini ancaq ödəyir. Artıq pul qalarsa, o da bank hesabında saxlanılır və gələcəkdə məscidin ehtiyacları üçün xərclənilir. Məscidlərin icmaları Dini İşlər üzrə Dövlət Komitəsinə və Qafqaz Müsəlmanlar İdarəsinə hər il bu barədə hesabat da verirlər”.

 

Oxşar xəbərlər