• 04 May 2025 11:19

Daim yumruq atmaq istəyirəm: Putin istəklərindən danışdı

Rusiya prezidenti Vladimir Putin deyib ki, o, daim yumruq atmaq istəyi hiss edir, lakin bu cür impulsların öhdəsindən gəlir.

 

Tacxeber.com xəbər verir ki, Rusiya lideri ilə söhbətin fraqmentini müxbir Pavel Zarubin “Telegram”da dərc edib.

 

Jurnalist dövlət başçısından soyuqqanlı olmasına baxmayaraq, nə vaxtsa kimisə “yumruqlamaq” istəyinin olub-olmadığını soruşub.

 

“Həmişə. Mən bununla yaşayıram, amma bununla mübarizə aparıram”, – deyə Rusiya lideri bildirib.

Tacxeber.com

Oxşar xəbərlər