• 23 Noyabr 2024 05:50

Xaçatryan: Erməni “kişilər” siçovul kimi qaçır

Xaçatryan: Erməni “kişilər” siçovul kimi qaçır

Rusiya Prezidenti Vladimir Putinin “qismən səfərbərlik” elan etməsindən sonra bu ölkədə yaşayan ermənilər (RF vətəndaşları – red.) kütləvi surətdə Ermənistana qaçmağa başladılar. İllərdir rusun çörəyini yedilər, Ermənistan müharibə şəraitində olanda “Bizim vətən Rusiyadır!” deyirlər, indi isə siçovul kimi İrəvana qaçırlar…

Tacxeber.az xəbər verir ki, bu fikirləri sosial şəbəkələrdə Stavropol diyarından olan ictimai fəal, erməni əsilli Rusiya vətəndaşı Asmik Xaçatryan yazıb.

“Bir neçə günə Moskva-İrəvan təyyarə reysinə bütün biletlər alındı. Siz necə də alçaq və qorxaqsız… Mən ölkənin hüquq-mühafizə orqanlarını İrəvana qaçmış erməniləri Rusiya vətəndaşlığından məhrum etməyə çağırıram. 44 gün davam edən müharibə zamanı Rusiyada yaşayan ermənilər Ermənistana getmədilər. Bəli, o zaman onlar Rusiya vətəndaşları idi. Onların vətəni bura idi. İndi isə Putin səfərbərlik elan edəndə siz hamınız birdən erməni oldunuz… Mən sizə görə utanıram. Erməni olmağımdan utanıram. Siçovul kimi qaçdınız”, – deyə Xachatryan yazıb.

Tacxeber.az

Oxşar xəbərlər