• 06 May 2025 18:42

Göycəni duzla yeməyin zərərləri

Xırtıldayan səsi və ləzzətli dadı ilə mövsüm meyvələrindən olan alçanı yəqin ki, hər kəs çox sevir.

 

Tacxeber.com yaşıl alçanın faydalarını təqdim edir:

 

1. Yaxşı antioksidan mənbəyi olan yaşıl göycə sərbəst radikallarla mübarizə apararaq ürək xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Tərkibindəki kalium ilə ürək əzələlərinin işini tənzimləyən alça qan təzyiqini aşağı salaraq yüksək təzyiqin qarşısını alır. Digər tərəfdən, tərkibindəki lif sayəsində pis LDL xolesterolu azaltmağa kömək edir.

 

2.Aşağı kalorili tərkibi ilə sağlam qida olan alça (bir porsiya alça 50 kalori ehtiva edir) çəki idarə etməyə kömək edir. Xüsusilə diabet xəstələri alçanı 10 ədəd çiy badamla yeyə bilərlər.

 

3. Su və liflə zəngin göycə həzmi asanlaşdırır və qəbizlik problemlərinin qarşısını alır. Sağlam bağırsaq sistemi yaratmağa kömək edən yaşıl alçaları nəzarətli şəkildə istehlak edə bilərsiniz.

 

4. Yalnız bir porsiya yaşıl alça 6,4 mkq K vitamini və 16 mq fosfor ehtiva edir. Sümük və diş quruluşunun möhkəmlənməsində mühüm rol oynayan bu maddələr yaşıl alçada kifayət qədər miqdarda olur.

 

5. Bundan əlavə, alça qatıq, ayran və pendir kimi süd məhsulları kimi kalsiumu yüksək olan qidalarla birlikdə yeyildikdə kalsiumun udulmasını artırır, diş və sümük sağlamlığını dəstəkləyir.

 

6. A və C vitaminləri ilə zəngin olan bu meyvə dəri sağlamlığı üçün də çox faydalıdır. Yaşıl alçadakı bu antioksidant vitaminlər dərinin zədələnməsinə səbəb olan sərbəst radikallarla mübarizə aparır və kollagen istehsalını dəstəkləyir.  Dərini yeniləyici xüsusiyyəti sayəsində qocalma əleyhinə təsir göstərən yaşıl alça müntəzəm yeyildikdə dəridəki ləkələri və qırışlar problemini aradan qaldırır.

 

Zərərləri

Bir çox insanlar alçanı duz ilə yeməyi sevirlər. Lakin bu, bədəndə suyun tutulmasına və şişkinliyə səbəb olur.

 

Duzlu göycə həm də yüksək təzyiq və həzm sisteminin pozulmasına səbəb ola bilər. Mütəxəssislər mövsümündə gündə bir porsiya yaşıl alçanı duzsuz yeməyi məsləhət görürlər.

Tacxeber.com

Oxşar xəbərlər