• 06 May 2025 22:33

İsrail on minlərlə ehtiyatda olan əsgəri orduya çağırdığını açıqlayıb

 

Genişmiqyaslı Qəzza hücumu bütün anklavın ələ keçirilməsinə qədər gedə bilər.

 

İsrail Qəzza zolağında HƏMAS-a qarşı əməliyyatlarını “gücləndirmək və genişləndirmək” üçün on minlərlə ehtiyat əsgəri orduya çağırdığını açıqlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi Təhlükəsizlik Kabineti ehtiyatda olan əsgərlərin səfərbər olunması və Qəzzada blokada altında əziyyət çəkən 2,3 milyon insana ərzaq və digər həyati vacib ehtiyacların təmin edilməsinin ordunun nəzarətinə verilməsi planını yekdilliklə təsdiqləyib.

 

İsrailin bazar ertəsi səhər saatlarında təsdiqlədiyi genişmiqyaslı Qəzza hücumu bütün anklavın ələ keçirilməsinə qədər gedə bilər.

İsrailin “Kan” media qurumunun məlumatına görə, təhlükəsizlik kabinetinin naziri Zeev Elkin bildirib ki, İsrail ordusu əvvəlki kimi müəyyən bölgələrə hücum edib geri çəkilmək əvəzinə, bu dəfə ələ keçirdiyi əraziləri HƏMAS məğlub edilənə və ya silahı yerə qoyub Qəzzanı tərk edənə qədər əlində saxlayacaq.

 

HƏMAS bu çağırışları rədd edib. İsrail beynəlxalq ictimaiyyətin müharibəni dayandırmaq üçün artan təzyiqləri ilə üzləşsə də, müharibədən sonrakı Qəzza ilə bağlı hələ də aydın bir plan təqdim etməyib. Münaqişə nəticəsində Qəzzanın 2,3 milyon əhalisinin əksəriyyəti zorla köçürülüb və azalan humanitar yardım ehtiyatlarına möhtac vəziyyətdədir.

İsraildə girovların ailələri kabinetin Qəzzanı işğal etmə planını təsdiqləməsinin “İsrailin girovlardan çox torpaqlara üstünlük verdiyi” mənasına gəldiyini bildiriblər və bu qərarın İsraillilərin 70 faizindən çoxunun iradəsinə zidd olduğunu deyiblər.

 

“Hazırda intiqam və işğal məqsədilə aparılan bir müharibədən söhbət gedir, insan həyatını xilas etmək məqsədilə yox. Bu, nə xalqın iradəsinə uyğundur, nə də yəhudi ruhuna,” – girov olan Matan Angrestin anası Anat Angrest “Haaretz”ə verdiyi müsahibədə deyib. (MeydanTV)

 

Tacxeber.com

 

Oxşar xəbərlər