İsveç miqrantlara qayıtmaqları üçün 32 min avro verəcək.

İsveçin Baş naziri:”Miqrantların qaytarılması üçün məbləğ 32 min avroya qədər artırılmalıdır”.
İsveçin baş naziri Ulf Kristersson Euronews-a verdiyi müsahibədə deyib ki, inteqrasiyaya nəzarət edilməli və miqrantların qaytarılması üçün qrantlar 900 avrodan 32 min avroya qədər artırılmalıdır.
O, İsveçin ölkəni tərk etmək üçün maddi stimul kimi miqrantlara təklif etdiyi pulun həcmini əhəmiyyətli dərəcədə artırmaq təklifini təkrarlayıb.