• 08 May 2025 17:28

Azərbaycan bu ölkəyə biri 24 manatdan göyərçin satıb

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan xaricə quşların (göyrəçinlər) ixracını həyata keçirib. 

 

Azərbaycanın quşların ixracını həyata keçirdiyi ölkələr Qazaxıstan və Türkmənistan olub.

Statistikaya görə, Azərbaycandan 91 ədəd quş (göyərçinlər) adı çəkilən ölkələrə ixrac olunub. Bu ixracdan gələn gəlirlər 0,33 min ABŞ dolları təşkil edib.

Belə ki, bu dövrdə 7 ədəd quş Qazaxıstana ixrac olunub. İxracdan 0,1 min ABŞ dollar təşkil edib. Hesablamalara əsasən, Qazaxıstana satılan 1 ədəd quşun qiyməti 14,29 ABŞ dolları və ya 24 manat 29 qəpik olub

 

Məlumata görə, 84 ədəd quş isə Türkmənistana ixrac olunub. Bu ölkəyə olan ixracdan 0,22 min ABŞ dollları dəyərində gəlir əldə olunub. Əldə olunan göstəricilər onu deməyə əsas verir ki, bu ölkəyə ixrac olunan bir ədəd quşun qiyməti 4 manat 45 qəpik olub. (Valyuta.az)

 

Tcaxeber.com

Oxşar xəbərlər