Ukrayna ordusundan “9 May” mesajı – FOTO
9 May Qələbə Günü ərəfəsində Ukrayna tərəfindən simvolik və eyni zamanda siyasi mesaj daşıyan görüntü yayılıb.
Tacxeber.com xəbər verir ki, internetdə sürətlə yayılan və gecə görüntüləri olan fotoda, hərbi uniformada olan bir neçə əsgərin fonunda bir pilotsuz uçuş aparatı (PUA) yer alır. PUA-nın üzərində isə iri hərflərlə “Happy 9th of May, Vladimir” (“9 Mayın mübarək, Vladimir”) sözləri yazılıb.
Fotoda yer alan yazı birbaşa Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış simvolik bir xəbərdarlıq kimi dəyərləndirilir. Kadrlardan aydın görünür ki, görüntü gecəgörmə avadanlığı ilə çəkilib və əməliyyat şəraitində hazırlanıb.