Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib

Rusiya Prezidenti Vladimir Putin tərəfindən aprelin sonunda elan edilmiş və Qələbə Gününə həsr olunmuş atəşkəs qüvvəyə minib.
Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu atəşkəs üç gün davam edəcək və 11 may saat 00:00-da başa çatacaq.
Məlumata görə, bu müddət ərzində Rusiya bütün hərbi əməliyyatları dayandırır, lakin əsgərlər Ukraynanın atəşkəs rejimini pozacağı təqdirdə mümkün hücumlara cavab verməyə hazırdırlar.