• 08 May 2025 22:45

Zelenski: Hər bir işğalçı sonunda torpaqlarımızı tərk edəcək!

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə sülh və əmin-amanlığın təmin olunması üçün mübarizə apardıqlarını bildirib.

 

Tacxeber.com xəbər verir ki, Zelenski İkinci Dünya Müharibəsində nasist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümünü qeyd etmək üçün paytaxt Kiyev küçələrində gəzərkən videomüraciət paylaşıb.

 

Bu günün nasizm üzərində qələbə günü kimi qeyd olunduğunu qeyd edən Zelenski İkinci Dünya Müharibəsində 8 milyondan çox ukraynalının həyatını itirdiyini bildirib.

 

O, Rusiyanın təxminən 3 il əvvəl Ukraynaya qarşı müharibəyə başladığını xatırladaraq: “Təəssüf ki, 3 il əvvəl də eyni şey təkrarlandı. Elə o vaxt olduğu kimi, Kiyev səmasında hava hücumu sirenləri səsləndi və torpaqlarımıza yenidən şər endi” deyib.

 

Bu mübarizə üçün nə lazım olduğunu bildiklərini ifadə edən Zelenski: “Ya Rusiya kökündən dəyişməli olacaq, ya da dünya dəyişməlidir. Dünya Rusiyanı nasistləşdirmə və silahsızlaşdırma prosesini həyata keçirməli olacaq. Hər bir işğalçı nəhayət torpaqlarımızı tərk edəcək” – deyə, Zelenski öz mesajında ​​bildirib.

Tacxeber.com

Oxşar xəbərlər