• 08 May 2025 21:44

Ülviyyə Əli: “Jurnalistika cinayət deyil! Cinayətimiz – əqidəmizdir!”

Ülviyyə Əli yazıb:

 

“Əgər siz bu yazını oxuyursunuzsa, deməli, mən şərlənərək, hüquqazidd şəkildə jurnalist fəaliyyətimə görə həbs olunmuşam. Qeyd edim ki, digər jurnalist yoldaşlarım kimi mən də heç bir cinayət törətməmişəm – nə ölkəyə onların adlandırdığı “qanunsuz maliyyə” gətirmişəm, nə də başqa əməl törətmişəm. Həmçinin, “Meydan TV” ilə heç bir işgüzar bağlılığım yoxdur. Hətta belə bağlılığım olsa belə, “Meydan TV” ilə əməkdaşlıq cinayət deyil. Onu da qeyd edim ki, uzun müddətdir “Amerikanın Səsi” ilə əməkdaşlıq edirəm.

 

Hamınıza məlumdur ki, Azərbaycan dövlətinin müstəqil mediaya qarşı heç bir dözümü qalmayıb. Bu dözümsüzlük nəticəsində artıq 20-dən çox jurnalist həbsdədir və mən də onlardan biri oldum. 2016-cı ildən bu yana göstərdiyim fəaliyyət nəticəsində hər zaman peşə etikasına sadiq qalmağa çalışmışam və dini, etnik, siyasi kimliyindən, gender və oriyentasiya mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq haqsızlığa məruz qalan hər kəsin problemlərini işıqlandırmaq üçün əlimdən gələni etmişəm. İndi də həbsdəki yoldaşlarım kimi bu fəaliyyətimi davam etdirəcəm.

 

Azərbaycanı sükuta qərq etmək istəyən siyasi iradənin qarşısında bizim səsimiz hər zaman onların qulağındakı səssizliyi pozacaq. Bu, mənim azadlıqda yazdığım son yazı ola bilər. Amma inanıram ki, haqlı səs heç vaxt sükuta qərq ola bilməz.

 

Jurnalistika cinayət deyil! Cinayətimiz – əqidəmizdir!”

 

Tacxeber.com

Oxşar xəbərlər